ABŞ Avropada atom bombalarının yerləşdirilməsini SÜRƏTLƏNDİRİRbackend

ABŞ Avropada atom bombalarının yerləşdirilməsini SÜRƏTLƏNDİRİR

ABŞ NATO-nun Avropadakı bazalarına dekabrda çatdırılması üçün təkmilləşdirilmiş “B61-12” taktiki bombalarının yerləşdirilməsini sürətləndirməyə qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı “Politico” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, NATO-nun Brüsseldə keçirilən qapalı iclasında ABŞ rəsmiləri bombaların planlaşdırılan vaxtdan tez yerləşdiriləcəyini bildirib.

İlkin plana görə, onların 2023-cü ilin yazında Avropada yerləşdirilməsi nəzərdə tutulurdu.

Qeyd olunur ki, Vaşinqtonun Avropa anbarlarında olan köhnə silahları dəyişdirmək qərarı Qərblə Rusiya arasında gərginliyin artması fonunda baş verir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*