ABŞ Avstraliyada nüvə bombardmançıları yerləşdirəcəkbackend

ABŞ Avstraliyada nüvə bombardmançıları yerləşdirəcək

ABŞ Avstraliyada nüvə silahı daşıya bilən altı “B-52” bombardmançı təyyarəsini yerləşdirmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə Avstraliyanın “ABC” telekanalı və “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bunun üçün lazım olan obyekt Avstraliyanın Tindall aviabazasında tikiləcək.

İlkin hesablamalara görə, Tindall bazasının genişləndirilməsi 100 milyon dollara başa gələcək.

ABŞ Hərbi Hava Qüvvələri bombardmançı parkın 2026-cı ilin sonuna qədər tamamlanacağını bildirib.

Avstraliya Müdafiə Nazirliyi məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında Avstraliya, Böyük Britaniya və ABŞ “AUKUS” müdafiə alyansını yaradıb.

Üçtərəfli razılaşma çərçivəsində Avstraliya Hərbi Dəniz Qüvvələri ilk dəfə nüvə sualtı qayıqları inşa edə biləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*