ABŞ Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan Rusiya aktivlərinin bir milyard dollardan çoxunu Ukraynaya göndərməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə CBS kanalı məlumat yayıb.
“Biz Konqresdən alınan vəsaitdən Ukrayna xalqının xeyrinə istifadə etmək üçün icazə istəyirik”, – ABŞ Baş prokurorunun müavini Liza Monako deyib.
Telekanalın məlumatına görə, ABŞ dünya üzrə Rusiyanın bir milyard dollardan çox aktivinə həbs qoyub.
Avqustun 24-də Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ və Fransanın milli təhlükəsizlik müşavirləri Moskvanın Ukraynaya dəymiş ziyanı ödəyənə qədər onların yurisdiksiyasındakı Rusiya aktivlərinin dondurulacağını bildiriblər.
İqbal Rzayev,
KONKRET.az
