Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü X.Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır.
