ABŞ-da Heqsetə qarşı impiçment hazırlığı: Demokratlar hərəkətə keçdibackend

ABŞ-da Heqsetə qarşı impiçment hazırlığı: Demokratlar hərəkətə keçdi

ABŞ Konqresindəki demokratlar aralıq seçkilərin nəticələrinə əsasən Nümayəndələr Palatasında çoxluğu əldə edəcəkləri təqdirdə, müdafiə naziri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanması imkanını nəzərdən keçirirlər.

KONKRET.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Demokratlar Partiyasının nümayəndələri Pentaqon rəhbərinin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif mexanizmləri müzakirə edirlər.

Bu tədbirlər sırasına parlament araşdırmalarının aparılması, dinləmələrin təşkili və şahidlərin ifadə vermək üçün çağırılması daxildir.

Demokratların müzakirə etdiyi variantlar arasında Heqsetin vəzifəsindən kənarlaşdırılması məqsədilə impiçment prosedurunun başladılması da yer alır.

Pentaqon rəhbərinə qarşı əsas iradlar onun İranla müharibədəki rolu, narkotik daşımaqda şübhəli bilinən gəmilərə endirilən zərbələr, Pentaqonda kadr qərarları və məxfi məlumatlarla davranışı ilə bağlıdır.

Bununla belə, demokratların qeyd olunan təşəbbüsləri həyata keçirmək imkanları qarşıdan gələn aralıq seçkilərin nəticələrindən asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*