ABŞ-İran razılaşması üçün yeni diplomatik cəhd: Nə baş verir?backend

ABŞ-İran razılaşması üçün yeni diplomatik cəhd: Nə baş verir?

Qətər vasitəçiləri Birləşmiş Ştatlar və İran arasında diplomatiya çərçivəsində razılaşmaya nail olmaq məqsədilə Tehrana gəliblər.

KONKRET.az xəbər verir ki, məlumata görə, vasitəçilik missiyası Vaşinqtonla razılaşdırılıb.

Nümayəndə heyətinin tərkibi və nəzərdə tutulan görüşlər barədə detallı məlumat verilməsə də, hələlik yekun razılaşmanın əldə olunmadığı bildirilir.

Səfər tərəflər arasında qarşılıqlı etimadı möhkəmləndirmək üçün yeddi günlük tədbirlər planı və bir neçə dövlətin zəmanətini nəzərdə tutan yeni layihə haqqında xəbərlərdən sonra baş tutub. Lakin İranın yüksək rütbəli rəsmisi bu məlumatı təkzib edərək, Qətərin hazır təklif deyil, qəbul edilməsi mümkün olmayan fikirlər təqdim etdiyini vurğulayıb.

O, Tehranın nüvə məsələsində heç bir güzştə getməyəcəyini qeyd edib.

Tərəflər arasında əsas fikir ayrılığı atılacaq addımların ardıcıllığı ilə bağlıdır. Vaşinqton danışıqların əvvəlindən nüvə proqramının müzakirə olunmasını tələb etdiyi halda, İran öncə limanlara qoyulan blokadanın qaldırılmasını və neft sanksiyalarının ləğvini şərt qoşur.

Buna baxmayaraq, İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə ölkəsinin diplomatiyaya şans verməkdə davam etdiyini bildirib.

KİV-in məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper dəniz blokadasına diqqət ayıraraq, mövcud hərbi kampaniya barədə Prezident Donald Trampa məruzə edib. Paralel olaraq, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak CNN telekanalına müsahibəsində tərəflərin gərginliyin azaldılması barədə razılaşmaya yaxın olduğunu, lakin bunun hərtərəfli və dərhal yekunlaşan bir həll demək olmadığını diqqətə çatdırıb.

Qətərin vasitəçilik səyləri artıq bir neçə həftədir davam edir. Sentyabrın sonunda Əraqçı Dohada İranın təşəbbüsünə ABŞ-nin cavabını qəbul etmişdi.

Mübahisələr əsasən Hörmüz boğazı və nüvə proqramı üzrə təkmilləşdirilmiş anlaşma memorandumuna qayıdış üçün atılacaq addımların növbəliliyi üzrə cəmləşib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*