Vens UFO-larla bağlı sirrin üstünü açmaq istəyir: Məxfi məlumatlara çıxış əldə edəcəkbackend

Vens UFO-larla bağlı sirrin üstünü açmaq istəyir: Məxfi məlumatlara çıxış əldə edəcək

ABŞ-ın vitse-prezidenti Cey Di Vens naməlum uçan obyektlər (UFO) məsələsini araşdırmaq üçün “tam məxfi” qrifi ilə məlumatlara çıxış imkanından istifadəni planlaşdırır.

KONKRET.az-ın xəbərinə görə, o hesab edir ki, hər şeyi yalnız fizika qanunları ilə izah etmək mümkün deyil.

“Mən inanıram ki, yaxşı ruhlar var. Onları mələklər də adlandırmaq olar. Həmçinin düşünürəm ki, pis ruhlar da mövcuddur. UFO proqramı haqqında isə sadəcə olaraq bilmədiyimi demişdim və bunu öyrənməyə başlamışam”.

Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Tim Qallodet (Tim Gallaudet) ABŞ hökumətinin 80 ildən çoxdur ki, hərbçilərin okeanda naməlum anomaliyalarla müntəzəm olaraq qarşılaşması barədə məlumatları gizlətdiyini bildirib.

Bundan əlavə, istefada olan general Pentaqonun arxivlərində saxlanıldığını iddia etdiyi iki videoçarxı təsvir edib. Guya kadrlarda naməlum uçan obyektin okeana daxil olduğu əks olunub.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*