Milan etirazlara hazırlaşır: Polis “qırmızı həyəcan” elan etdibackend

Milan etirazlara hazırlaşır: Polis “qırmızı həyəcan” elan etdi

İtaliya mətbuatının verdiyi məlumata görə, ölkədə yeni kütləvi etiraz dalğası baş qaldırıb.

KONKRET.az xəbər verir ki, ən miqyaslı nümayişlərin Milan şəhərində keçiriləcəyi gözlənilir.

Yaranmış vəziyyətlə əlaqədar Milan hüquq-mühafizə orqanları ictimai qaydanın qorunması məqsədilə “qırmızı həyəcan” səviyyəsi tətbiq ediblər.

Aksiyalarda fəhlələr və tələbələr də daxil olmaqla 10 minə yaxın nümayişçinin iştirakı proqnozlaşdırılır. Yürüş marşrutunun Politexnik Universitetindən şəhər mərkəzinə doğru uzanacağı bildirilir. Etirazçılar həmçinin polislə razılaşdırılmamış Paduya aparan dairəvi avtomobil yolunu bağlamağa çağırış edirlər.

Qeyd edək ki, oktyabrın 30-da analoji etiraz aksiyalarının Roma, Boloniya, Turin və digər İtaliya şəhərlərində də keçirilməsi planlaşdırılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*