Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının onların Məkkə şəhəri və digər İslam müqəddəsləri üçün hərbi təhlükə yaratması ilə bağlı bəyanatını təkzib edib.
KONKRET.az xəbər verir ki, hərəkatın nəzarətində olan SABA agentliyinin məlumatına görə, husilərin hərbi mənbəsi Yəmən tərəfindən Məkkə şəhərinə və ya digər müqəddəs məkanlara qarşı hər hansı təhlükənin mövcud olmadığını bildirib.
Mənbə Səudiyyə Ərəbistanını saxta məlumatlar yaymaqda, aldatma və dezinformasiyada ittiham edib. Bu açıqlama krallığın çərşənbə axşamı Məkkə vilayətinin sakinlərini hərbi təhlükə barədə xəbərdar etməsindən sonra səsləndirilib.
Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti husilərin müsəlmanlar üçün müqəddəs sayılan Məkkə şəhərinə hücum etməyə cəhd göstərdiyini açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
