ABŞ-da müsəlmanların idarə etdiyi ilk və yeganə şəhər – Maraqlı faktlarbackend

ABŞ-da müsəlmanların idarə etdiyi ilk və yeganə şəhər – Maraqlı faktlar

ABŞ-ın Detroyt şəhəri yaxınlığındakı Hamtramk şəhəri dünya mediasının diqqət mərkəzindədir.

KONKRET.az xəbər verir ki, buna səbəb şəhərdə rəhbərliyə gələnlərin hamısının müsəlman olmasıdır.

Vaxtilə ABŞ avtomobil sənayesinin mərkəzlərindən biri olan və “General Motors” fabrikinin yerləşdiyi şəhərin əsası alman miqrantlar tərəfindən qoyulub.

Şəhər XX əsrdə Polşadan işləmək üçün gələnlərin axını ilə “Kiçik Varşava” kimi tanınmağa başlayıb.

1970-ci ildə şəhər əhalisinin 90 faizi polyak əsilli olub. Amma avtomobil istehsalı azalmağa başladığı üçün daha gənc və zəngin polyaklar şəhərətrafı ərazilərə köçməyə başlayıblar.

Bu dəyişikliklə Hamtramk Miçiqanın ən kasıb şəhərlərindən birinə çevrilib.

Şəhər bunun sayəsində miqrantların cazibə mərkəzi olub.

Bu dəyişiklik son 30 ildə ərəb və asiyalı miqrantların burada məskunlaşması ilə davam edib.

Xüsusilə Yəmən və Banqladeşdən gələnlər şəhərdə məskunlaşmağa başlayıblar.

Bu prosesdən sonra şəhər sakinlərinin 42 faizi əcnəbilərdən ibarət olub.

Onların yarıdan çoxu da müsəlmandır.

Bu, şəhərdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə də özünü göstərir.

Şəhəri meri və Şəhər Şurasının hamısı müsəlmanlardan ibarətdir. Beləliklə, Hamtramk ABŞ-da müsəlman amerikalılar tərəfindən idarə olunan ilk şəhər olub.

Seçkilərdə səslərin 68 faizini qazanan Amer Qalib tezliklə ABŞ-da ilk yəmənli mer statusu ilə vəzifəsinin icrasına başlayacaq.

41 yaşlı Qalib jurnalistlərə açıqlamasında deyib: “Mən fəxr edirəm və qürur duyuram, həm də bunun böyük məsuliyyət olduğunu bilirdim”.

O, Yəmənin bir kəndində anadan olub, 17 yaşında ABŞ-a köçüb.

Şəhər şurasında iki Banqladeş əsilli amerikalı, üç yəmənli və sonradan İslamı qəbul edən bir polyak əsilli amerikalı var.

ABŞ-da siyahıyaalınma prosesində insanların dini haqda məlumat toplanmır, amma “Pew” Araşdırma Mərkəzinin məlumatına görə, 2020-ci ildə ölkədə təxminən 3.85 milyon müsəlman yaşayır ki, bu da ümumi əhalinin 1.1 faizini təşkil edir.

Müsəlmanların 2040-cı ilə qədər ABŞ-da xristianlardan sonra ikinci ən böyük dini qrupu təşkil edəcəyi gözlənilir. Amma saylarının artmasına baxmayaraq, Amerikadakı müsəlmanlar çox vaxt ayrı-seçkiliyə məruz qalırlar. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*