ABŞ-da yadplanetlilərin gəmiləri var? – PENTAQON AÇIQLADIbackend

ABŞ-da yadplanetlilərin gəmiləri var? - PENTAQON AÇIQLADI

Pentaqon yadplanetli gəmilərin olması ilə bağlı məlumatları təkzib edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pentaqon ABŞ-da yadplanetli gəmilərin olması barədə məlumatı olduğunu iddia edən keçmiş və ya indiki istənilən işçi ilə danışmağa hazırdır.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin tabeliyində olan Milli Gekosmik Kəşfiyyat Agentliyinin keçmiş əməkdaşı Devid Qraş Pentaqonun bütöv və zədələnmiş yadplanetli gəmiləri əldə etdiyini bildirib.

“ABŞ-da yerdən kənar ekzotik mənşəli texniki nəqliyyat vasitələri var. Onlar ya yerə düşüb, ya da qəzaya uğrayıb. ABŞ onilliklər ərzində yadplanetli kosmik gəmiləri bərpa edir”, – o deyib.

O, həmçinin yerdən kənar texnologiyanın öyrənilməsi üçün gizli proqramın mövcudluğunu sübut edən sənədləri şəxsən gördüyünü iddia edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*