Rus bölməsinin taleyi ilə bağlı mühüm açıqlama: Qəbul dayandırıla bilərbackend

Rus bölməsinin taleyi ilə bağlı mühüm açıqlama: Qəbul dayandırıla bilər

Azərbaycanda rus bölməsinin gələcəyi son illər cəmiyyətdə ən çox müzakirə olunan təhsil mövzularından biridir. Dövlət dilinin mövqeyinin daha da gücləndirilməsi, qlobal əmək bazarında xarici dillərə olan tələbatın dəyişməsi və təhsil siyasətində yeni prioritetlərin formalaşması fonunda rus bölməsinin taleyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Bəs gələcək illərdə məktəb və ali təhsil müəssisələrində rus bölməsinə qəbul dayandırıla və ya məhdudlaşdırıla bilərmi?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev KONKRET.az-a açıqlamasında yaxın perspektivdə rus bölməsinin tam ləğvinin real görünmədiyini bildirib.

Təhsil məsələləri üzrə ekspert 300 minlik dələduzluqda ittiham edilir  Pravda.az

Ekspertin sözlərinə görə, gələcəkdə bu istiqamətdə müəyyən məhdudiyyətlərin tətbiqi və ya mərhələli dəyişikliklərin həyata keçirilməsi mümkündür:

“Mən düşünmürəm ki, yaxın gələcəkdə Azərbaycanda rus bölməsinə qəbul tam dayandırılsın. Amma müəyyən məhdudiyyətlər və ya mərhələli dəyişikliklər mümkündür. Çünki dövlət dili Azərbaycan dilidir və təhsil siyasətində ana dilinin gücləndirilməsi vacibdir.”

Fuad Hacıyev qeyd edib ki, dünya üzrə dil prioritetləri də dəyişir və bu, təhsil siyasətinə təsirsiz ötüşmür:

“Bununla yanaşı, günümüzün reallığı da var. Beynəlxalq aləmdə rus dilinə tələbat əvvəlki qədər deyil. Artıq ingilis dili başda olmaqla digər xarici dillər daha önəmli mövqeyə sahibdir. Bu baxımdan gələcəyin prioriteti daha çox qlobal imkanlar yaradan dillərə yönəlmək olmalıdır.”

Ekspert hesab edir ki, əsas məqsəd hansısa dili qadağan etmək deyil, dövlət dilində təhsilin keyfiyyətini yüksəltmək və eyni zamanda şagirdlərin beynəlxalq dilləri yüksək səviyyədə mənimsəməsinə şərait yaratmaqdır.

“Məncə, əsas məsələ hər hansı dili qadağan etmək yox, Azərbaycan dilində təhsilin keyfiyyətini artırmaq və paralel olaraq beynəlxalq dillərin öyrənilməsini gücləndirməkdir”, – deyə Fuad Hacıyev vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*