ABŞ-də prezidentliyə namizədlər bir-birilərini ittiham edirlərbackend

ABŞ-də prezidentliyə namizədlər bir-birilərini ittiham edirlər

ABŞ prezidentliyinə namizəd Kamala Harris respublikaçı Donald Trampın seçiləcəyi təqdirdə Amerikanın üzələşəcəyi problemlərdən danışıb.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Harris Trampın qalib gələcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinin  Kiyevdə oturacağını deyib:

“Donald Tramp deyir ki, Ukrayna və Rusiya məsələsini bir gündə həll edəcəm. Oxuyun və nə dediyini anlayın. O, Ukraynaya onun suverenliyini pozan təcavüzkarla mübarizədən əl çəkməyə imkan verəcək.  Tramp prezident olarsa Putin asanlıqla Kiyevdə oturacaq. Bunu Amerikanın  üçün nə demək olduğunu bilərsiniz?”, – deyə  Harris Miçiqanda seçicilərlə  görüşündə deyib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*