Həyət və küçələrdə parklanma xaosu: Sürücülərə VACİB ÇAĞIRIŞbackend

Həyət və küçələrdə parklanma xaosu: Sürücülərə VACİB ÇAĞIRIŞ

Şəhər yollarında və yaşayış komplekslərinin həyətlərində avtomobillərin yol hərəkəti qaydalarına zidd şəkildə saxlanılması son illərdə sürücülərin ən çox üzləşdiyi problemlərdən birinə çevrilib. Qaydasız parklanma nəqliyyatın hərəkətini çətinləşdirməklə yanaşı, qəza riskini də artırır.

Bəs bu cür hallar digər sürücülərin gündəlik hərəkətinə necə təsir göstərir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobillərin dayanma və durma qaydalarının pozulması ilə saxlanılması digər hərəkət iştirakçıları üçün ciddi maneələr yaradır.

İş saatlarının dəyişdirilməsi tıxacın azalmasına təkan verəcək" - Ekspert »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Onun sözlərinə görə, nəqliyyat vasitəsinin qaydalardan kənar park edilməsi hərəkətin təhlükəsizliyinə mənfi təsir göstərir və qəza ehtimalını artırır:

“Avtomobili qaydalar çərçivəsindən kənar park etmək, dayanma-durma qaydalarını pozaraq saxlamaq əlbəttə ki, digər hərəkət iştirakçılarının hərəkətinə maneə olur. Bu, qəza riski yaradır. Buna görə də bir çox hallarda sürücülərə tövsiyə olunur ki, nəqliyyat vasitələrini imkan daxilində xüsusi ayrılmış parklanma yerlərində saxlasınlar”.

Ekspert qeyd edib ki, xüsusilə yaşayış komplekslərinin həyətlərində, dar küçələrdə və sıx hərəkətli ərazilərdə qaydasız park edilən avtomobillər həm digər sürücülərin, həm də piyadaların hərəkətini çətinləşdirir. Bu isə gündəlik nəqliyyat axınının pozulmasına və əlavə vaxt itkisinə səbəb olur.

Mütəxəssis hesab edir ki, sürücülərin parklanma qaydalarına ciddi əməl etməsi, həmçinin nəzarət mexanizmlərinin gücləndirilməsi bu sahədə yaranan problemlərin azalmasına kömək edəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*