ABŞ Ermənistana HƏRBÇİLƏR YERLƏŞDİRİRbackend

ABŞ Ermənistana HƏRBÇİLƏR YERLƏŞDİRİR

ABŞ-Ermənistan münasibətlərinin genişlənməsinə, Ermənistana ABŞ hərbçilərinin yerləşməsinə baxmayaraq, İranın səsi çıxmır. Bu, əlbəttə ki, Tehranın ikiüzlü siyasətinin nəticəsidir.

KONKRET.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfərini şərh edərdən bildirib.

“Üstəlik, İran özünün ən müasir silahını bu yaxınlarda Ermənistana verib. Bununla da məlum olur ki, müsəlman dünyası, xüsusilə də Azərbaycanla münasibətlərdə hədsiz dərəcədə riyakar mövqedən çıxış edən İran ABŞ-ın Ermənistanda istədiyi addımı atmasına qarşı deyil”, – ekspert deyib.

Məsələ ilə bağlı saytımıza öz fikirlərini bölüşən politoloq Turab Rzayev qeyd edib ki, İran ABŞ-a qarşı hansısa xüsusi aktivlik göstərmək fikrindən uzaqdır:

“Yəni ABŞ faktiki olaraq Ermənistanda möhkəmlənir, İran isə müqavimət göstərə bilmir.

Qəribədir ki, Zəngəzur dəhlizinin açılmasını “qırmızı xətti” və ya “müharibə səbəbi” sayan İran rəhbərliyi hər həftə bir ABŞ rəsmisinin Ermənistanı ziyarət etməsinə, ABŞ əsgərlərinin belə burada yerləşməsinə reaksiya vermir”.V

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*