ABŞ hərbçiləri Moldovaya gəldibackend

ABŞ hərbçiləri Moldovaya gəldi

Rumıniya və ABŞ-nin hərbçilərindən ibarət heyət Moldovada JCET-2024 çoxmillətli təlimində iştirak edirlər.

KONKRET.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlimlərin məqsədi Moldova, Rumıniya və ABŞ xüsusi təyinatlıları arasında birgə təlim və təcrübə mübadiləsi, həmçinin iştirakçı kontingentlər arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasıdır”, – deyə departamentin açıqlamasında bildirilir.

Hərbçilər gecə-gündüz poliqonda paraşütlə tullanmalar həyata keçirəcək, həmçinin təkmil döyüş atış hazırlığı təşkil edəcəklər. Təlimlər aprelin 1-dən aprelin 19-dək davam edəcək.

Qeyd edək ki, Moldovanın mərkəzinə zirehli texnikalar yerləşdirilib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*