ABŞ-ın baş cərrahından evdə maska hazırlamağın yolları – VİDEObackend

ABŞ-ın baş cərrahından evdə maska hazırlamağın yolları - VİDEO

Birləşmiş Ştatların Baş Cərrahı Ceromi Adams ev şəraitində maska hazırlanmağın yollarını açıqlayıb.

KONKRET.az xarici KİV- istinadən xəbər verir ki, C.Adams yayımladığı videoda koronavirusdan qorunmaq üçün köynəkdən maska hazırlayıb.

Cərrahın sözlərinə görə, demək olar ki, hər hansı bir geyimdən, o cümlədən şarf və ya köynəkdən maska hazırlamaq mümkündür.

Video ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən “Facebook”-da yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp, ixtisaslaşmış tibbi və ya hətta cərrahi maskaların alınmasına və ya geyilməməsi ilə bağlı tövsiyə edərək, onları həkimlər üçün saxlanılmasını istəmişdi. Bunun əvəzinə, onlayn satın ala və ya evdə hazırlana bilinəcək parça maskalarından istifadə etməyin düzgün olacağını bildirmişdi.

News24.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*