Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
KONKRET.az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 70 ailə – 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə – 34 nəfər köçürülür.
Qeyd edək ki, Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
