Nazirliyə ziyan vuran şirkət rəhbərləri ilə bağlı qərar qismən ləğv edildibackend

Nazirliyə ziyan vuran şirkət rəhbərləri ilə bağlı qərar qismən ləğv edildi

Ali Məhkəmədə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qeyd edilib ki, qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İtihama görə, təqsirləndirilən şəxslər 300-ə yaxın formal şirkət yaradaraq müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Məlumata görə, Emil Qulubəyov “Spektr-R” MMC-nin rəhbəri olub.

Nəriman Lazimi isə “Kondor TS” MMC-nin rəhbəri kimi fəaliyyət göstərib.

Onların barəsində Cinayət Məcəlləsinin 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma — qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.3-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılaraq ittiham irəli sürülüb.

İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs barəsində verilmiş ittiham üzrə 193-1.2.3-cü maddə sübuta yetirilmədiyi üçün bəraət verilib. Digər maddə ilə Emil Qulubəyov 3 il 5 ay, Nəriman Lazimi isə 7 il azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*