ABŞ-ın “uçan qərargahı” Polşa səmasında göründübackend

ABŞ-ın “uçan qərargahı” Polşa səmasında göründü

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus döyüş nəzarəti və hədəf təyinatlı “Boeing E-8C Joint” təyyarəsi Polşa ərazisində səmada görünüb.  

KONKRET.az xəbər verir ki, bu barədə “Tape.ru” uçuş izləmə portalı məlumat yayıb.

Bildirilib ki, təyyarə Ramştayn aviabazasından havaya qalxıb. Uçuş marşrutuna əsasən, təyyarə ölkənin şərqində, qonşu Belarus və Ukrayna sərhədləri yaxınlığında dövr edir. ABŞ hərbi təyyarəsinin Avropa ölkəsi ərazisinə girməsinin konkret məqsədi isə məlum deyil.

Təyyarəyə “uçan qərargah” adının verilməsi onun çoxfunksiyalı olması ilə bağlıdır. O, “Boeing 707-300” sərnişin təyyarəsi əsasında yaradılıb. Həm 200 kilometr radiusda hərbi hədəfləri izləmək və kateqoriyalara ayırmaq, həm də komandanlıq və ordunun idarə edilməsi üçün nəzərdə tutulub.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*