ABŞ İsrail və Misirlə mülki vətəndaşlar üçün təhlükəsiz dəhliz ideyasını müzakirə edirbackend

ABŞ İsrail və Misirlə mülki vətəndaşlar üçün təhlükəsiz dəhliz ideyasını müzakirə edir

ABŞ İsrail və Misirlə Qəzzadakı mülki şəxslər üçün təhlükəsiz dəhliz ideyasını müzakirə edir.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məlumat verib.

Sallivan Ağ Evdə jurnalistlərə açıqlamasında deyib: “Biz bu məsələyə diqqət yetirmişik və məsləhətləşmələr davam edir. Təfərrüatlar əməliyyat agentlikləri tərəfindən müzakirə olunur və mən bu barədə indi açıq şəkildə çox danışmaq istəmirəm”.

Qəzza zolağında dinc əhali arasında itkilər barədə sualı cavablandıran Sallivan deyib: “Biz qəsdən mülki şəxslərə hücum etmirik. Hərbi əməliyyatlarımızın qanunun aliliyinə və müharibə qanunlarına uyğun aparılmasını təmin etmək üçün çalışırıq”.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*