İran Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq edibbackend

İran Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq edib

İranın Fars Körfəzi Su Yolları İdarəsi (PGSA) tərəfindən müəyyən edilmiş çərçivədən kənar marşrutlarla Hörmüz boğazında hər hansı hərəkət təhlükəsiz keçidə zəmanət vermir, sığorta və müvafiq öhdəliklərlə əhatə olunmur.

KONKRET.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı PGSA çoxsaylı sorğulara cavab olaraq yayıb.

“İcazəsiz marşrutlarla hərəkətin nəticələrinə görə məsuliyyət gəmi sahibi, istismarçı və komandirinin üzərinə düşür”, – məlumatda bildirilib.

Xatılrladaq ki, Oman körfəzində yük gəmisi mərmi zərbəsinə məruz qalıb.

ABŞ-nin tələblərinə baxmayaraq, Hörmüz boğazını İran və Oman idarə etmək istəyir.

“The Wall Street Journal”da yayılan məlumata görə, Hörmüz boğazında gəmilərin hərəkətinə görə ödəniş almaq İrana hər il təxminən 40 milyard qazandıra bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*