Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırdıbackend

Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırdı

Rusiya Ermənistandan balıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri genişləndirib.

KONKRET.az apa-ya istinadla xəbər verir ki, Ermənistanda daha iki müəssisənin məhsullarının sertifikatlaşdırılması əvvəllər aşkar edilmiş pozuntular aradan qaldırılana qədər müvəqqəti dayandırılıb.

Beləliklə, Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb.

Qeyd edək ki, iyunun 2-dən etibarən Ermənistandan Rusiyaya balıq idxalı qadağan edilib. Belə ki, qurumdan verilən məlumata görə, Rusiyaya balıq idxalı ilə məşğul olan əksər yerli şirkətlər yoxlamalardan keçməyib və ya yoxlamadan imtina edib, buna görə də pozuntular aradan qaldırılana qədər sertifikatlaşdırma dayandırılıb.

Xatırladaq ki, bundan öncə Rusiya Ermənistandan meyvə-tərəvəz, gül, bir neçə adda konyak və şərab, həmçinin “Cermuk” mineral suyunun idxalını və satışını qadağan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*