Ağcabədidə ağır qəza: ölən varbackend

Ağcabədidə ağır qəza: ölən var

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə Muğanlı kəndində qeydə alınıb.

Belə ki, Qara Ramil oğlu Həsənovun idarə etdiyi “Hunday” markalı avtomobil, Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KİA markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, A.Bəylərovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*