ABŞ Konqresində yenə Trampa qarşı impiçment sədaları yüksəldibackend

ABŞ Konqresində yenə Trampa qarşı impiçment sədaları yüksəldi

 

ABŞ Nümayəndələr Palatasının üzvü, demokrat Eliot Engel (Nyu-York ştatı) qanunverici orqan tərəfindən prezident Donald Trampa qarşı impiçment məsələsini qaldırılmasının gərəkli olduğunu deyib.

Eliot Engel Rusiyanın ABŞ-dakı siyasi proseslərə müdaxiləsini araşdıran keçmiş xüsusi prokuror Robert Müllerin apardığı təhqiqata əngəl törədilməsi faktının özünün prezidentin vəzifədən kənarlaşdırılması üçün kifayət odluğunu qeyd edib.

“Prezident öz səlahiyyətlərindən sui-istiifadə edərək Rusiyanın onun seçki kampanyasındakı iştirakı ilə bağlı təhqiqatı pozmaq istəyib. Amerikalılar həqiqəti öyrənmək istəyirlər və burada tam haqlıdırlar. R.Müllerin izahatları prezidentin ədalətin bərqərar olmasına mane olduğunu əyani şəkildə nümayiş etdirir. Həmin səbəbdən Nümayəndələr Palatası impiçment üçün rəsmi prosedura başlamalıdır”, -deyə amerikalı deputatın bəyanatında bildirilir.

Məlum olduğu kimi, Robert Müller 2 il ərzində Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərində müxtəlif vasitələrlə bir namizədin xeyrinə iş görməsi ilə bağlı təhqiqat həyata keçirib. Araşdırma zamanı R. Müller müdaxilə ilə bağlı ittihamların doğruluğunu təsdiq etsə də, Donald Trampın birbaşa Kremllə əlbir olması faktını isbat edə bilmədiklərini söyləyib.

Buna rəğmən prokurorluq prezidentin 7 keçmiş əməkdaşına qarşı ittiham elan edilməsinə nail ola bilib.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*