ABŞ-la danışıqlarda Xameneinin tapşırığına əməl edilmədibackend

ABŞ-la danışıqlarda Xameneinin tapşırığına əməl edilmədi

ABŞ ilə danışıqlar aparan İranın nümayəndə heyətinin ali rəhbər Müctəba Xameneinin tapşırığına əməl etmədiyi iddia olunub.

KONKRET.az report-a istinadla xəbər verir ki, bu barədə İran parlamenti Milli Təhlükəsizlik Şurası sədr müavini və deputat, keçmişdəki müzakirələrdə nümayəndə heyətinin üzvü olmuş Mahmud Nəbəvian dövlət televiziyasındakı müzakirələrdə bildirib.

Onun sözlərinə görə, İran rəhbərliyində ABŞ ilə əldə edilən atəşkəs razılaşması səbəbindən böhran yaşanıb.

Sədr müavini iddia edib ki, Müctəba Xameneini müzakirə heyətinə gizli göstərişlər göndərsə də, nümayəndə heyəti buna əməl etməyib və “səlahiyyət həddini” aşıb.

Rəsmi bildirib ki, ali rəhbər nümayəndə heyətinə Hörmüz boğazında güzəşt edilməməsi, ABŞ-dən təzminat tələb olunması istiqamətində 11 şərtlə irəli sürərək, tapşırıq verib.

Məlumata görə, müzakirə qrupu sədr müavinin açıqlamalarına cavab verərək onun dediklərini “köhnə və təhrif edilmiş” kimi xarakterizə etməklə təkzib ediblər.

Bildirilib ki, M.Nəbəvianın açıqlamalarının ardından reportaj qəflətən kəsilib və yayım qurumunun yüksək vəzifəli bir rəsmisi istefa verib.

Qeyd edək ki, iyunun 21-də Pakistanla Qətərin vasitəçiliyi əsasında ABŞ və İran nümayəndə heyəti arasında İsveçrədə danışıqların birinci raundu keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*