Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti öz tərəfdaşları ilə birlikdə ölkədə keçirilən prezident seçkilərinə cavab olaraq Venesuela prezidenti Nikolas Maduroya və ölkə rəsmilərinə qarşı bir sıra mümkün tədbirləri nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, bu barədə o, brifinqdə jurnalistlərə deyib.
“Tərəfdaşlarla koordinasiyada biz Maduro və onun nümayəndələrinə Venesueladakı hərəkətlərinin nəticələrinin olacağını nümayiş etdirmək üçün bir sıra variantları nəzərdən keçiririk”, – deyə Ağ Evin rəsmisi bildirib.
Günel Mikayılova,
KONKRET.az