UFC ulduzundan sərt açıqlamalar: “Tsarukyanı biabır edəcəyəm”backend

UFC ulduzundan sərt açıqlamalar: "Tsarukyanı biabır edəcəyəm"

UFC-nin ulduz döyüşçüsü İliya Topuriya mümkün rəqibləri ilə bağlı sərt açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, o, əvvəlcə İslam Maxaçev ilə döyüşmək istədiyini bildirib:

“İslam məndən qaçmır. O da bu döyüşü istəyir, mən də istəyirəm. Sadəcə UFC bu qarşılaşmanı təşkil etmək istəmir”.

Topuriya daha sonra Arman Tsarukyan barədə də iddialı fikirlər səsləndirib:

“Armanı elə məğlub edəcəyəm ki, hamının qarşısında biabır olacaq. Mən dediyim hər şeyi sübut etmişəm və söz verirəm ki, onun çənəsini qıracağam”.

Döyüşçü Tsarukyanın güləş bacarıqlarına da toxunaraq, onu oktaqonda çətin anların gözlədiyini bildirib:

“O, mənimlə qəfəsə girəndə anlayacaq ki, danışmaq asandır. Məni yerə yıxmaq və orada saxlamaq çox çətindir. Orada fərqli səviyyə və pressinq hiss edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*