Tanınmış legionerin oğlu millimizə cəlb olundubackend

Tanınmış legionerin oğlu millimizə cəlb olundu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət (U-21) millisinin heyətinə yeni oyunçu cəlb olunub. Komandamız mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin Isparta şəhərində təlim-məşq toplanışında olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Verilən məlumata görə, Belçikanın “Sent-Truiden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21 millisinin düşərgəsinə dəvət alıb. 18 yaşlı sol cinah yarımmüdafiəçisi geridə qalan 2025/2026-cı illər mövsümündə “Sent-Truiden”in U-18 komandasının heyətində ümumilikdə 19 oyunda meydana çıxıb və 2 qola imza atıb.

U-21 millimiz Türkiyədəki hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq görüşü keçirəcək. Futbolçularımız iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Mustafa Kamara vaxtilə Azərbaycanda çıxış etmiş tanınmış legionerin övladıdır. O, 2007-2012-ci illərdə “Qəbələ” klubunun formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.\\oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*