Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
KONKRET.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində – Nizami küçəsində yerləşən evlərdən birində baş verib.
Manqal qalayıb, kabab bişirmək istəyən ailə üzvləri küləkli havada benzini manqala tökərək, od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.
Hadisə zamanı 1956-cı il təvəllüdlü Ədalət Yunis qızı Əliyeva və 1978-ci il təvəllüdlü oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
