“Neftçi” yeni mövsüm üçün ilk transferini elan etdibackend

"Neftçi" yeni mövsüm üçün ilk transferini elan etdi

“Neftçi” yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

KONKRET.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi “Şamaxı”dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*