“UFO” kimi tanınan naməlum uçan obyektlərlə bağlı 650-dən çox məlumat araşdırılır”.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinə bağlı Anomaliyaların Həlli Ofisinin direktoru Sin Kirkpatrik deyib.
Ötən ilin avqustunda yaradılmış ofisin fəaliyyətini şərh edən direktor bildirib ki, hazırda tədqiq etdikləri naməlum uçan obyektlərin sayı 650-dir.
Digər tərəfdən, ABŞ Milli Kəşfiyyat İdarəsinin yanvarın 12-də açıqladığı hesabatda qeyd edilib ki, müəyyən edilmiş uçan obyektlərin ümumi sayı 510-dur.
Kirkpatrik sessiyada iki məxfi görüntünü təqdim edib. İlk video 2022-ci ildə Yaxın Şərqdə “MQ-9” dronu tərəfindən, ikinci video isə bu ilin əvvəlində Cənubi Asiyada qeydə alınıb.
İqbal Rzayev,
KONKRET.az
