“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılırbackend

"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır

Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın evində axtarış aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan “Facebook” hesabında paylaşım edib.

Onun bildirdiyinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları evin ətrafını mühasirəyə alıb, binanın daxilində isə istintaq hərəkətləri həyata keçirilir.

 

Hazırda axtarışın hansı cinayət işi ilə əlaqədar aparıldığı açıqlanmayıb.

İlkin məlumata görə, Ermənistan Milli Olimpiya Komitəsinin bazasında da axtarışlar keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*