ABŞ ordusu Suriyada terrorçu qruplaşmasının liderini məhv etdibackend

ABŞ ordusu Suriyada terrorçu qruplaşmasının liderini məhv etdi

ABŞ ordusu cümə günü Suriya ərazisinə zərbələr endirərək “Hurras ad-Din” ekstremist qruplaşmasının liderlərindən olan Əbu Əbdürrəhman əl-Məkkini zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“Bu gün CENTCOM qüvvələri “Hurras ad-Din” qruplaşmasının yüksək rütbəli liderini kinetik zərbə ilə öldürüb”, – komandanlığın sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Vurğulanıb ki, Əbu Əbdürrəhman əl-Məkki Suriyada olub və terror əməliyyatlarını oradan idarə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*