“ABŞ öz müttəfiqlərini riskə atır” – İLGİNC DETALLARbackend

“ABŞ öz müttəfiqlərini riskə atır” – İLGİNC DETALLAR

“Birləşmiş Ştatlar Rusiyaya qarşı mübarizədə Avropalı müttəfiqlərinə sonsuza qədər etibar edə bilməz”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Devid Rundell və beynəlxalq məsələlər üzrə ekspert Maykl Qfoeller bildirib.

Səbəb kimi isə Avropada Rusiyaya qarşı sanksiyaların yaratdığı iqtisadi böhranı göstəriblər:

“Bu, enerji qiymətlərinin artmasına təkan verdi, həmçinin inflyasiyanın və ümumilikdə yaşayış səviyyəsinin artmasına təsir etdi” – deyə ekspertlər bildiriblər.

Rundell və Qfoellerin fikrincə, gələcəkdə narazılıq və iğtişaşlar daha da güclənəcək:

“Məsələn, Macarıstan prezidenti Viktor Orban artıq Rusiyaya qarşı sanksiyaları pisləyib. Ona Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans da qatılıb. Bundan əvvəl isə Almaniyanın “Die Welt” qəzeti ABŞ-ın əsas avropalı müttəfiqləri ilə birlikdə Ukrayna böhranının diplomatik yolla həlli üçün gizli məsləhətləşmələrə başladığını yazıb. İstefa verdiyini açıqlayan Böyük Britaniyanın baş naziri Boris Conson isə dünyanın Ukrayna mövzusundan yorulduğunu etiraf edib” – deyə ekspertlər fikirlərini tamamlayıblar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*