ABŞ PKK-İran əməkdaşlığına dair hesabat HAZIRLADIbackend

ABŞ PKK-İran əməkdaşlığına dair hesabat HAZIRLADI

İranın dəstəklədiyi milislər terror təşkilatı PKK ilə əməkdaşlıq edir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hazırladığı hesabatda bildirilib.

Belə ki, Pentaqonun Baş Müfəttişliyi Konqresə İraq və Suriyadakı əməliyyatlarla bağlı yanvar-mart hesabatını təqdim edib.

Hesabatda İranın dəstəklədiyi silahlı birləşmələrin İraq və Suriyada türk qüvvələrinə qarşı hücumlarını artırdığı vurğulanıb. Silahlıların terror təşkilatı PKK ilə koordinasiyalı fəaliyyət göstərdiyi bildirilib.

Qeyd edilib ki, bölgədə İranla əməkdaşlıq edən yeni milis qrupu Mosulun şimalında Türkiyə bazasına raket hücumu həyata keçirib.

Həmçinin Pentaqonun məlumatında terror təşkilatının İranın dəstəklədiyi “Haşd əş-Şaabi” ilə də əlaqəsi olduğu qeyd edilib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*