ABŞ “Minuteman III” qitələrarası ballistik raketinin növbəti sınaq buraxılışını həyata keçirib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, buraxılış ABŞ Kosmik Qüvvələrinin Vanderbeq bazasından həyata keçirilib.
ABŞ rəsmiləri sınaqların uğurla keçdiyini bildiriblər:
“Minuteman III” qitələrarası ballistik raketinin uğurlu sınaq buraxılışı həyata keçirilib”.
İlkin məlumatlara görə, raket sentyabrın 6-da yerli vaxtla saat 01.26-da buraxılıb.
İqbal Rzayev,
KONKRET.az
