SON DƏQİQƏ: ABŞ səfirindən Azərbaycan əleyhinə BƏYANATbackend

SON DƏQİQƏ: ABŞ səfirindən Azərbaycan əleyhinə BƏYANAT

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Azərbaycan əleyhinə bəyanatla çıxış edib.

KONKRET.az xəbərinə görə, xanım Treysi “Armenpress”ə müsahibəsində bildirib ki, ABŞ  ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ əhalisinin gələcəyinin müəyyən edilməsində rolunu tanıyır.

ABŞ-nin Ermənistandakı səfiri Qarabağdakı ermənilərin gələcəyi ilə bağlı bunları deyib:

“Xalqların öz müqəddəratını təyin etmək hüququ əsas amildir, lakin bu, hərtərəfli sülhə nail olmaq üçün yeganə beynəlxalq səviyyədə qəbul edilmiş prinsip deyil. Bu mənada Vaşinqton hesab edir ki, uzanan münaqişənin əsasında duran məsələlər danışıqlar yolu ilə və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, eləcə də xalqların öz müqəddəratını təyinetmə hüququ və gücdən istifadə etməmək prinsipləri əsasında həll edilməlidir”.

Ümid edirik ki, ABŞ-ın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və ona müvafiq nota veriləcək.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*