ABŞ terror aktı ilə bağlı məlumatları Rusiyaya ötürəcəkbackend

ABŞ terror aktı ilə bağlı məlumatları Rusiyaya ötürəcək

“ABŞ Rusiya ərazisində terror aktı ilə bağlı kəşfiyyat məlumatlarını alacağı təqdirdə, onları Rusiya Federasiyasına ötürəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

“Əgər hadisə ilə bağlı kəşfiyyat məlumatları əldə etsək, bunu Rusiya hökumətinə təqdim edəcəyik. Çünki dünyanın hər bir yerində terror hücumlarına qarşıyıq. Biz rus xalqının əziyyət çəkməsini istəmirik”, – deyə Miller bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*