ABŞ-dan Ukrayna ilə bağlı yeni QƏRARbackend

ABŞ-dan Ukrayna ilə bağlı yeni QƏRAR

ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.

KONKRET.az xəbər verir ki, Ağ Ev bu barədə məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Co Bayden dövlət katibinə ABŞ Müdafiə Nazirliyinin məhsulları və xidmətlərindən Ukraynaya kömək məqsədilə 325 milyon dollar vəsait ayrılması barədə göstəriş verib.

Paketə HIMARS üçün əlavə döyüş sursatları, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, TOW tank əleyhinə raket sistemləri, AT-4 tank əleyhinə sistemlər, tank əleyhinə minalar və digər vasitələr daxildir.

Məlumatlara görə, Pentaqon Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi məbləğinin 35,4 milyard dollara çatdığını açıqlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*