Ağasəlim Şükürov vəfat etdibackend

Ağasəlim Şükürov vəfat etdi

Tanınmış diplomat Ağasəlim Səmədağa oğlu Şükürov bir müddətdir əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə “Marja”ya mərhumun yaxınları məlumat verib.

O, 9 sentyabr 1963-cü ildə anadan olub. Ağasəlim Şükürov 1993-cü ildən Xarici İşlər Nazirliyində işləyib, 2010 – 2014-cü illərdə Liviyada, 2015- 2022-ci illərdə isə Livanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Ağasəlim Şükürov Azərbaycan Prezidenti tərəfindən medal ilə təltif olunub. O, 30-dan çox dövlətdə ölkəmizi təmsil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*