Səmada dəhşət: Təyyarənin pəncərəsi sındı, sərnişin.. – Videobackend

Səmada dəhşət: Təyyarənin pəncərəsi sındı, sərnişin.. - Video

Almaniyaya uçan “Ryanair” aviaşirkətinə məxsus sərnişin təyyarəsində insident baş verib. Uçuş zamanı qırılan pəncərə sərnişini hava boşluğuna çəkib.

KONKRET.az xəbər verir ki, bu barədə “İndependent” nəşri məlumat yayıb.

Məlumata görə, reys zamanı pəncərənin qəfil yerindən çıxması nəticəsində 61 yaşlı Serbiya vətəndaşı çiyinlərinədək təyyarədən xaricə dartılıb. Hadisə bu gün səhər saatlarında Salonikidən (Yunanıstan) Almaniyanın Memmingen şəhərinə həyata keçirilən uçuş zamanı qeydə alınıb.

Şahidlərin sözlərinə görə, qorxu dolu anlar yaşanarkən kişinin həyat yoldaşı cəld tərpənərək təxminən beş dəqiqə ərzində onu saxlaya bilib və təyyarədən yıxılmasının qarşısını alıb. Daha sonra digər sərnişinlərin də köməyi ilə zərərçəkmiş yenidən göyərtəyə çəkilib.

Güclü hava axını və sürtünmə nəticəsində müxtəlif bədən xəsarətləri alan sərnişinə dərhal tibbi yardım göstərilib.

Hazırda insidentin başvermə səbəbləri araşdırılır.\\axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*