Benzin və dizel ucuzlaşa bilər? – Avropa İttifaqından yeni qərarbackend

Benzin və dizel ucuzlaşa bilər? - Avropa İttifaqından yeni qərar

Avropa İttifaqı (Aİ) ölkələri Yaxın Şərqdə davam edən münaqişə fonunda qiymətləri aşağı salmaq üçün 3 ay ərzində öz ehtiyatlarından 42 milyon bareldən çox yanacaq çıxaracaq.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur Lüksemburqda keçirilən Enerji Şurasının iclasına gedərkən bildirib.

“Biz iki əsas məsələni müzakirə edəcəyik. Birincisi, benzin və dizelin strateji ehtiyatlarının istifadəyə verilməsidir. Bu, oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makronun sədrliyi ilə keçirilən G7 görüşündə qərara alınıb. Növbəti üç ay ərzində 42 milyon bareldən çox buraxacağıq”, – o deyib və bu həcmin yarısını dizel yanacağının təşkil edəcəyini qeyd edib.

İkinci məsələ qalıq yanacaqlardan asılılığın azaldılması və bərpa olunan energetikanın inkişafı ilə bağlıdır.\\Ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*