Ağdam rayonunda fərdi yaşayış evində yanğın baş verib.
KONKRET.az-ın məlumatına görə, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Canəli Yaşar oğlu Mehrəliyevə məxsus ikiotaqlı yaşayış evində yanğın başlayıb. Nəticədə ev və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub. Alov söndürülüb, onun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.



