Ağdaş – Qəbələ yolunda minik maşını aşıb.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə magistral yolun Qəbələ rayonunun Savalan kəndi yaxınlığından keçən hissəsində baş verib.
İdarəetmədən çıxan Mersedes markalı minik avtomobilinin aşması nəticəsində Ağdaş rayon sakinləri olan sürücü Allahverdiyev Nuralan Nazim oğlu və onun sərnişini müxtəlif bədən xəsarətləri alıb.
Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparıllr.
Ehtiram Muradov,
KONKRET.az
