Ağdərədə insan sümükləri tapıldı – FOTOLARbackend

Ağdərədə insan sümükləri tapıldı - FOTOLAR

Ağdərə rayonu Baş Güney kəndində insana məxsus sümük qalıqları aşkar edilib.

KONKRET.az xəbər verir ki, aşkar edilən sümük feaqmentlərinin Qəribov Balay Ələsgər oğlunun ailə üzvlərinə aid olduğu ehtimal edilir.

Sümük fraqmentləri onların yaşadığı evin həyətindən nəvəsi Bəxtiyar Əsgərovun axtarışları zamanı aşkarlanıb.

Qeyd edək ki, 1992-ci il mart ayının 12- si tarixində Baş Güney kəndi erməni silahlı qüvvələri tərəfindən işğal edilərkən 5 nəfərlik ailə üzvü, 1890-cı il təvəllüdlü Qəribov Balay Ələsgər oğlu, onun həyat yoldaşı 1928 – ci il təvəllüdlü İsmayılova Saray Eyvaz qızı, qızları 1946 -cı il təvəllüdlü Ələsgərova Zabilə Balay qızı, 1954 – cü il təvəllüdlü Ələsgərova Ramilə Balay qızı və nəvəsi 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz Aydın qızının taleyindən heç bir xəbər alınmayıb.

Tapılan sümük fraqmentləri aidiyyatı qurumlar tərəfindən təhqiqat üçün götürülərək ekspertizaya təqdim edilib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*