Ağsu aşırımındakı yanğın söndürüldü – RƏSMİbackend

Ağsu aşırımındakı yanğın söndürüldü - RƏSMİ

Dünən Ağsu rayonunun Ağsu aşırımı adlanan ərazisində başlayan yanğın söndürülüb.

KONKRET.az-a bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazidə qeydə alınan yanğın bu dəqiqələrdə söndürülüb.

Xatırladaq ki, yanğın iyunun 16-da dağlıq ərazidə başlamışdı.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri, Aviasiya dəstəsinin iki helikopteri yanğınsöndürmə işlərinə cəlb edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*