Aİ-dən Rusiyaya yeni sanksiya paketibackend

Aİ-dən Rusiyaya yeni sanksiya paketi

Avropa İttifaqı (Aİ) Rusiyadan almaz idxalına qadağa da daxil olmaqla 12-ci sanksiya paketi üçün hazırlıqların aparıldığını bildirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirib.

“Biz hazırda 12-ci sanksiya paketinin hazırlanması prosesindəyik və bu məsələ ilə bağlı üzv dövlətlərlə məsləhətləşmələr aparırıq”, – deyə Lyayen bildirib.

Həmçinin, Aİ-nin Rusiyanın Avropaya və tərəfdaş ölkələrə almaz ixracından əldə etdiyi gəlirin necə kəsilə biləcəyini araşdırdıqları vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*