Avropa İttifaqı Rusiyaya qarşı 2022-ci ildən bəri ən genişmiqyaslı sanksiya paketini hazırlayır.
KONKRET.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Die Welt qəzetinə müsahibəsində bildirib.
Kallasın sözlərinə görə, yeni paket qəbul edilərsə, Aİ-nin sanksiya siyahısında yer alan Rusiya vətəndaşlarının, şirkətlərinin və təşkilatlarının ümumi sayı təxminən üçdə bir arta bilər.
O, yeni məhdudiyyətlərin konkret olaraq hansı sahələri əhatə edəcəyini hələ açıqlamayıb. Kallas bildirib ki, ən genişmiqyaslı sanksiya siyahısının payızda təqdim edilməsi planlaşdırılır.
Qeyd edək ki, Aİ indiyədək Rusiya ilə bağlı 21 sanksiya paketi qəbul edib. Sonuncu paket iyulun 23-də təsdiqlənib.
Kallas həmçinin bildirib ki, Aİ-nin tətbiq etdiyi sanksiyalar Rusiyanın hərbi fəaliyyətinə artıq 1 trilyon avrodan çox zərər vurub və Moskva müharibəni dayandırana qədər təzyiqin artırılması zəruridir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
