Ailə müqəddəsliyini XƏYANƏTLƏ ucuzlaşdırırlar – SƏBƏB NƏDİR?backend

Ailə müqəddəsliyini XƏYANƏTLƏ ucuzlaşdırırlar - SƏBƏB NƏDİR?

Ər arvadını baltaladı, xanım qaynı ilə birləşib ərini doğradı, həyat yoldaşının zorakılığına görə intihar etdi və s. başlıqlı xəbərlərlə tez-tez rastlaşırıq. Psixoloqlar problemi sevmədən, tanımadan qurulan ailənin zəif sütünlara malik olması ilə, sonrakı uğursuzluqlarla əlaqələndirir. Bunu deyən bəzi psixoloqların özləri də nümunəvi həyat yaşamır. Nə isə!

KONKRET.az xəbər verir ki, qətl və boşanmaların əsas səbəbləri arasında xəyanət və qısqanclıq da var. Hamıya aid deyil, amma hazırda bir ərli qadının 1-2 oynaşının olması adiləşib. Bunu isə müasirlik adı ilə aşılanan pozğunluqla izah etmək olar. Bəzi qüvvələr ailə institutlarını dağıtmaq üzrədir və hər gün öz məqsədlərinə yaxınlaşırlar:

– Əfsus ki, KİV-də bunun antireklamı reklam xarakteri daşıya bilir;

– İnternetə azad giriş, pornolarda ərindən başqa kişilərin intiminə baxıb personaja oxşar kiminsə axtarışları başlayır. Bu halda qadın bir də ayılır ki, “Bakının yarısı ilə yatıb”, amma istədiyini tapmayıb;

– Gender bərabərliyinin təbliği və kişilərin gəzəyənliyi də mühüm faktordur. Müasir ailə təfəkküründə bir yastıqda qocalıb bərabər ölməkdən çox övlad missiyasını yerinə yetirib öz kefinə baxmaq dayanır. Ərlər hər tində 1 filial açanda qadınlar özünü atılmış hiss edir və sirdaş axtarışları start götürür. İlk dərdləşdikləri adam isə rəfiqələridir. Hamısının haqqına girmək olmaz, amma bəziləri (nakam sevgi, evdə qalan, uğursuz nikah yaşayanlar) əri tərəfindən aldadılan xanımın beynin yeməyə çalışır ki, “o edir, sən də elə. Kiməsə görə özünü həzdən məhrum etmə” və s;

– Cəmiyyətdəki sosial natarazlıq da az önəm daşımır. Bütün kinolardakı “aşklar” maşınlı oğlanla qız arasında yaşandığı üçün əri metro ilə evinə çörək daşıyan xanımların bəziləri “porşe” də olmasa, barı “priuslu” həmdəm axtarır. Bu səbəbdən hazırda ən çox məşuqəsi olan elə taksi sürücüləridir.

Xəyanət həmişə olub, yeni bir şey deyil. Hətta bu xoşagəlməzlik SSRİ dövrü filmlərində pislənərək təbliğ olunurdu. İndiyə dönsək, cəmiyyətdəki sağlamlığın pozğunluqla əvəzlənməsi sürətlənib. Ailənin müqəddəs izdivac olduğunu qadın kimi kişi də dərk etməlidir. Ərin vəzifəsi pul qazanmaqla kifayətlənmir. Xanımını heç olmasa, kasıb qayğısı olan sevgi ilə əhatə etməlidir ki, qadın tələbatını başqa yerdə ödəməsin. Xəyanət həzzi narkomaniya zövqü kimidir. 1 saatlıq şəhvətə görə ölməyə, intihara, bir ömür stresə dəyməz. Yazını məlum hadisəyə görə hazırladıq:

Masazır qəsəbəsində yerləşən “Qəsr” yaşayış kompleksində 1998-ci il təvəllüdlü M.Ə qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib. Onlar evdə görüşən zaman qadının həyat yoldaşı zəng edib. Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qaynının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib. Çarəsiz qalan gənc oğlan lüt formada eyvana çıxaraq 13-cü mərtəbədən özünü atıb.

Dində zinanın haram buyrulması təsadüfi deyil. Belə intim münasibətlər həm də cinsi xəstəliklərin sürətli yayılmasıdır.

Natiq Səlim,

KONKRET.az

  • Vüqar
    Dekabr 30, 2022 - 13:48

    Belə xəbərlər özü də bu kimi işləri reklam edir.

Vüqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*